"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

16.12.13 15:39

  Bu gün "İdrak" liseyində  ibtidai siniflər arasında "BRAİN RİNG" bilik yarışması keçirildi. Yarışda 6 komanda iştirak etdi. Alimlər, Biliklilər, Xeyirxahlar, Qaliblər, Riyaziyyatçılar və Elim komandaları. Komandalar 3 tur üzrə  yarışdılar.  Hər turda  komandalara 10 sual təqdim olundu. Ən çox xal toplayan komandalar isə "Alimlər" ,"Qaliblər" və "Elm" komandaları oldu. 

16.12.13 00:00

 8 Dekabr 2013-cü il tarixdə Sumqayıt şəhər TŞ. tərəfindən şəhər olimpiadasının 1-ci turu keçirilmişdir. Liseyimizin 8-ci sinif şagirdi Əzizova Samirə Azərbaycan tarixi üzrə 1-ci yer tutmuş, 9-cu sinif şagirdi İsmayılova Rəna biologiya fənni üzrə şəhər olimpiadasının 2-ci turuna keçmişdir. 

11.12.13 15:14

Liseyimizdə tarix müəllimləri Şivəxanova Mehriban və Məmmədov Vüsalın təşkilatçılığı ilə tarix aylığı ilə bağlı olaraq 8,9,10,11 ci sinif şagirdlərinin iştirakı ilə test sualları əsasında bilik yarışı keçirildi. Bilik yarışı 8-ci sinif Azərbaycan tarixi dərsliyi üzrə hazırlanmışdır. Yarışda I, II və III yerləri aşağıdakı şagidlər tutdular. 
1) 1-ci yer - 8-ci sinif şagirdi - Əzizova Samirə 
2) 2-ci yer - 11 sinif şagirdi Hacıyev Şakir
3) 3-cü yer - 11-ci sinif şagirdi - Abaslı Turan 
Yarış şagirdlərin və müəllimlərin marağına səbəb oldu.

04.12.13 15:24ARDI..

"Ş.İ.Xətayi və ana dilimiz"
Noyabr ayı "Ana dili və ədəbiyyat aylığı" olduğundan 8-ci sinif şagirdləri ilə birgə "Ş.İ.Xətayi və ana dilimiz" mövzusunda təqdimat hazırladıq. Təqdimatda şagirdlər hazırladıqları slaydı göstərdilər. "Ş.İ.Xətai bir şəxsiyyət kimi... 

27.11.13 16:57

 Bu gün "İdrak" liseyində Azərbaycan dili və Ədəbiyyat aylığına görə "BRAİN RİNG" bilik yarışması keçirildi. Yarışda 6 komanda iştirak etdi. Komandalar cüt-cüt yarışdılar. Müvafiq olaraq hər fənndən 15 sual təqdim olundu. Ən çox xal toplayan komandalar isə "Sabirlər" və "Dilçilik" komandaları oldu.

Yarışdan olan şəkilləri izləyin... 

« | ... 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71