"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

09.05.12 00:20Hər birimiz bir çiçək


“İdrak” məktəb –liseyinin Azərbaycan və rus bölməsinin birinciləri “Hər birimiz bir çiçək” adlı böyük bir
bayram tədbiri keçirdi. Tədbir iki hissədən ibarət idi.Birinci hissədə Ulu Öndərimiz ,uşaqların sevimlisi
Heydər Əliyevin ad günü və gül bayramına həsr olunmuş rəngarəng rəqs nömrələri və mahnılarla
şagirdlərimiz çıxış etdilər. Tədbirin ikinci hissəsi ingilis dilində “Qırmızıpapağın nağılı” əsasında
səhnələşdirilmiş səhnəciklə başa çatdırıldı.


Tədbirdən olan şəkillərə baxın...
Tədbirdən olan  video görüntüyə baxın...

09.06.12 00:06

“İdrak” məktəb-liseyinin tədrisi may ayının 31-də son zənglə başa çatır. Lisey iyun ayını (1-dən
20-ə kimi) şagirdlərimizə hədiyyə etmişdir. İyun ayında şagirdlərimiz hər gün saat 9 00-dan 1700-a
kimi məktəbdə olurlar. Şagirdlərimiz 2 qrupa bölünür: I - IV sinif və V-XI sinif.
Hər həftənin 2 günü şagirdlərimiz məktəbdənkənar gəzintilərlə vaxtlarını səmərəli şəkildə
keçirirlər. Həftənin 3 günü isə gündə 3 dəfə qidalanma daxil olmaqla günün I hissəsi
tədrislə əlaqəli, II hissəsi isə şagirdlərin asudə vaxtlarının təşkilinə sərf olunur.Asudə vaxtda
şagirdlərimizin yazıçılarla, elm xadimləri ilə görüşü təşkil edilir və əyləncəli – intellektual
oyunlar, tərbiyəvi söhbətlər, diskussiyalar, psixoloji təlimlər və s. keçirilir. Şagirdlərimizə
kinoklubumuzda Azərbaycan və dünya kinoları, cizgi filmləri nümayiş etdirilir. Kollektivçilik
ruhunu aşılamaq və fikir bölüşdürmək bacarığını formalaşdırmaq üçün baxılan kinolar və cizgi
filmlərinin müzakirəsi keçirilir.

>>>əlavə şəkillərə baxın<<<

08.06.12 23:581 İyun Beynəlxalq Uşaq Günü

1 İyun Beynəlxalq Uşaq Günü ilə bağlı şagirdlərimiz asfalt üzərində öz kiçik dünyalarını
tabaşirlə əks etdirdilər. Eyni zamanda, şagirdlərimiz liseyimizin radioqovşağında
da Beynəlxalq Uşaq Günü ilə bağlı hazırladıqları mahnılarla çıxış etdilər.

>>>əlavə şəkillərə baxın<<<

03.06.12 23:36Ümumittifaq tətbiqi botanika və becərilən bitkilər İnstitutu

1924-cü ildə təşkil edilmiş Ümumittifaq tətbiqi botanika və becərilən bitkilər İnstitutu ölkəmizin florasını
faydalı bitkilərin yeni qiymətli növləri və sortları ilə zənginləşdirmişdir. Mərdəkan dendrarisi yalnız
Abşeronun yarımsəhra rayonlarının deyil, bütün Azərbaycanın yaşıllaşdırılmasının elmi mərkəzi kimi
tanınmışdır. Saytda verilən məlumatlar bizim liseyimizin şagirdlərinin marağına səbəb oldu və bu bağa
getməyi təklif etdilər.


                >>>əlavə şəkillərə baxın<<<

« | ... 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71