"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

03.10.14 16:50

 Hər il Oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. 
     Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərləndirib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. 
       Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünya dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. 

01.10.14 15:18

Bu gün liseyimizdə Beynəlxalq Ahıllar günü ilə bağlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərə gözəl əxlaqi keyfiyyətlər aşılamaq, onları milli dəyərlərimizə və soy kökümüzə layiq şəkildə tərbiyələndirməyə yönəlmişdi. Tədbir zamanı liseyimizin müəllim heyəti və şagird kollektivi yadda qalan anlar yaşadı.
Tədbirdən şəkilləri izləyin..

30.09.14 08:47

 Əziz şagirdlərimiz Brain Ring yarışmasının hazırlığına start verildi. Kimya -biologiya aylığına hazırlıq başladı. Qeyd edək ki, Bu tədris ilində Yuxarı siniflərdə yarışma 7 aylıq üzrə, ibtidai siniflərdə isə 6 aylıq üzrə keçiriləcək. Qiymətləndirmə qaydası əvvəlki yarışmalarda olduğu kimi qalır. Oktyabr ayının 3-də saat ibtidai siniflər üçün 14:00, yuxarı siniflər üçün 14:30-da liseyin idman zalında püşkatma mərasimi keçiriləcək. Püşkatma zamanı yuxarı(V-IX) siniflərdən 8 komanda hər komandada 7 nəfər olmaqla, ibtidai (III-IV) siniflərdən isə 6 komanda hər komandada 5 nəfər olmaqla seçiləcək. Hamınıza yarışlarda uğurlar arzu edirik.

24.09.14 14:47

 Əziz müəllimlər ibtidai siniflər üçün normativ formalarını aşağıdan yükləyə bilərsiniz:
2-ci siniflər üçün
Oxu 
İmla 
Summativ
3-cü siniflər üçün
Oxu 
İmla 
Summativ
4-cü siniflər üçün
Oxu 
İmla 
Summativ

15.09.14 13:24

Bütün Azərbaycan təhsil ocaqlarında olduğu kimi bizdə , “İdrak” liseyində“Bilik günü” münasibəti ilə geniş tədbir keçirildi. Tədbir 1-cilərin hazırladığı səhnəcik ilə başlandı. Dövlət Himnimiz səsləndirilib, bayrağımız uca göylərə qaldırıldı. Liseyin rəhbərliyi "Bilik günü" ilə bağlı şagirdləri təbrik etdi. Liseyimizin şagirdlərinə qonaqlar yeni dərs ilində uğurlar arzuladılar.Sonda ilk zəngin sədaları altında ilə tədbirimizi yekunlaşdırdıq.
 Tədbirdən olan şəkilləri izləyin...

« | ... 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71