İdrak Liseyində şagirdlərin sağlamlığının qorunması, təhlükəsiz və sağlam təhsil mühitinin yaradılması əsas prioritetlərimizdən biridir. Liseyimizdə tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qayda və normalara uyğun şəkildə təşkil olunur.
Şagirdlərin sağlamlığına nəzarətin və zəruri hallarda ilkin tibbi yardımın təmin edilməsi məqsədilə liseyin binasında xüsusi tibb otağı ayrılmış və lazımi tibbi avadanlıqlarla təchiz edilmişdir.
Tibbi xidmət yerli poliklinikalar tərəfindən təyin olunan ixtisaslı tibb işçiləri – həkim və ya tibb bacısı tərəfindən həyata keçirilir. Səhhətində narahatlıq yaranan şagirdlərə operativ şəkildə ilkin tibbi yardım göstərilir və vəziyyət barədə valideynlərinə məlumat verilir. Zərurət yarandıqda şagirdin müvafiq tibb müəssisəsinə yönləndirilməsi üçün tədbirlər görülür.
Liseyimizdə sağlamlığın qorunması yalnız tibbi yardımla məhdudlaşmır, eyni zamanda profilaktik və maarifləndirici fəaliyyətlərə də xüsusi diqqət yetirilir. Şagirdlərə mütəmadi olaraq şəxsi gigiyena qaydaları, yoluxucu xəstəliklərdən qorunma üsulları, sağlam həyat tərzinin əhəmiyyəti, eləcə də məktəb və sinif otaqlarında sanitar-gigiyenik normalara riayət olunması barədə məlumat verilir.
Məqsədimiz hər bir şagirdin özünü təhlükəsiz və qayğı ilə əhatə olunmuş mühitdə hiss etməsini təmin etmək, onların fiziki sağlamlığını qorumaq və sağlam həyat tərzi vərdişlərinin formalaşmasına dəstək olmaqdır.
Həmişə aktiv